Dağıntılar altından daha bir uşaq xilas edildi

Dağıntılar altından daha bir uşaq xilas edildi

Türkiyədə zəlzələdən sonra böyük dağıntılar və insan tələfatı müşahidə olunur. Axtarış-xilasetmə tədbirləri hazırda davam etdirilir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatay vilayətinin İskenderun vilayətində 3 binanın dağıntıları altından 4 nəfər sağ çıxarılıb. Onlardan biri uşaqdır.

Zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraşla yanaşı, Hatayda da dağıdıcılıq yüksək olub. Burada magistral yollar, aeroportun uçuş-enmə zolağı dağılıb və yardımların təmin olunmasında böyük problemlər yaranıb. Həmçinin axtarış-xilasetmə tədbirləri də gecikib. İnsanlar küçələrdə və maşınlarda gecələməli olub. Minlərlə insan şaxtalı və qarlı hava şəraitində gecə boyu dağıntılar altında qalıb və xilas edilməsi ümidi ilə səhəri gözləyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə