Rusiya xilasediciləri Türkiyə və Suriyaya yola düşüblər

Rusiya Türkiyə və Suriyanın zəlzələndən əziyyət çəkən bölgələrinə yardım məqsədilə xilasedicilər qrupu göndərib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, göyərtəsində xilasedicilərin olduğu Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə bu məqsədlə “Jukovski” hava limanından Türkiyə və Suriyaya uçub.

“İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, üç təyyarə Türkiyəyə (Adana), biri isə Suriyaya gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə