Özbəkistan Türkiyəyə 100 nəfərdən ibarət xilasetmə qrupu göndərib

Özbəkistan Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə xilasetmə qrupunu qardaş ölkəyə yola salıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Özbəkistan Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, Prezident Şevkət Mirziyoyevin göstərişi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik xilasetmə qrupu, xüsusi maşın və avadanlıqlar, habelə humanitar yardım materialları daşıyan təyyarə Daşkənd hava limanından havaya qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə