Suriyada da zəlzələdən ölən və yaralananların sayı artmaqdadır

Axtarış-xilasetmə işləri davam edir

Episentri Kahramanmaraşın Pazarcık qəsəbəsində olan 7,7 bal gücündə zəlzələ Suriyanın da müxtəlif bölgələrində baş verib, 800-dən çox adam həyatını itirib, 2400-ə yaxın insan yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində güclü hiss olunub və böyük dağıntılara səbəb olub.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, Hələb, Həma və Latakiya əyalətlərində hökumətin nəzarətində olan bölgələrdə 430 nəfər həyatını itirib, 1315-i isə yaralanıb.

Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə onlarla bina dağıdılıb və ya zədələnib.

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR), Mülki Müdafiə (Ağ Dəbilqəlilər), yerli səhiyyə qurumları və yerli mənbələrin məlumatlarına görə, Suriyanın şimalındakı müxtəlif yaşayış məntəqələrində ən azı 308 adam həyatını itirib, 1000 nəfər isə yaralanıb.

Axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə