Türkiyənin Sakarya bölgəsində 5.5 gücündə daha bir zəlzələ olub

Türkiyənin Sakarya bölgəsində 5.5 gücündə daha bir zəlzələ olub

Türkiyənin Sakarya və Balıkesir şəhərlərində müvafiq olaraq 5.5 və 4.1 bal gücündə zəlzələ baş verib.

SİA bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə