Pərviz Müşərrəf Kəraçidə dəfn olunacaq

Pakistanın keçmiş Prezidenti Pərviz Müşərrəf Kəraçidəki qəbiristanlıqda dəfn ediləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Geo.tv kanalı onun ailəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Müşərrəfin ailəsi onun nəşinin vətənə gətirilməsi üçün Pakistanın Dubaydakı konsulluğuna müraciət edib.

Qeyd edək ki, Pakistan İslam Respublikasının sabiq Prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. 2001-ci ildən 2008-ci ilədək Pakistanın Prezidenti olmuş P.Müşərrəf Dubayda dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə