Belarusda sərhədi keçən avtomobillər icbari ödəniş ödəyəcək

Belarusda sərhədi keçən avtomobillər icbari ödəniş ödəyəcək

Fevralın 1-dən Belarusun birdən-birə üç regionunda, Brest, Vitebsk və Qrodnoda avtomobillə sərhədi keçmək üçün rüsum alınacaq.

SİA bu barədə belarus saytlarına istinadən xəbər verir

Beləliklə, fevralın 1-dən etibarən Brest, Vitebsk və Qrodno vilayətləri keçid məntəqələrində avtomobillə sərhədi keçmək üçün rüsum alacaqlar.

Belə qərarlar rayon Deputatları Sovetləri tərəfindən qəbul edilib. Ödəniş 2025-ci il yanvarın 1-dək tətbiq edilir və 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

Qeyd olunur ki, rüsumun məbləği avtomobildə olan sərnişinlərin sayından asılı deyil.

Mülki Prosessual Məcəllədə izah edildiyi kimi, rüsumun ödənilməsindən əldə edilən vəsait regional büdcələrə daxil olacağından, Belarus sərhədini keçmək barədə qərarın qəbul edildiyi ərazidə ödənilməlidir.

Rüsumun ödənilməsi barədə sənədlər buraxılış məntəqələrində kağız və ya elektron formada təqdim olunur. Sənəddə ödəyicinin adı (və ya təşkilatın adı), ödənişin məbləği və tarixi, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, ödənişin məqsədi göstərilməlidir.

Qeyd edək ki, bir sıra vətəndaşlar, o cümlədən Böyük Vətən Müharibəsi əlilləri, I və II qrup əlillər, ezamiyyətə gedən dövlət orqanlarının nümayəndələri, hökumətin dəvəti ilə Belarusa gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rüsumdan azad edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə