Fransa COVID testi tələb edəcək

Fransa Çindən gələn şəxslərdən mənfi COVID-19 testi tələb edəcək. SİA xəbər verir ki, bu barədə "Franceinfo" nəşri məlumat yayıb.

Bildirilir ki, bu qayda 1 yanvar 2023-cü il tarixindən etibarən qüvvəyə minəcək. Testlər səyahətə başlanazdən ən azı 48 saat əvvəl verilməlidir.

Fransa 2023-cü il yanvarın 8-dən çinli turist və iş adamları dalğasına hazırlaşır. Təyyarədə maskalar məcburi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə