Çin lideri Si Tszinpin Rusiya prezidenti Vladimir Putinlə videogörüş zamanı ona Çinin Rusiya və digər ölkələrlə transsərhəd səyahətləri bərpa etməyə hazır olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əlavə, ÇXR lideri “iki xalqa daha çox fayda vermək və dünyaya daha çox sabitlik gətirmək” üçün “strateji koordinasiyanı gücləndirməyə” çağırıb. Onun sözlərinə görə, Pekin və Moskva iqtisadiyyat, ticarət, enerji, maliyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirməlidir.
Si Cinpin Çinin Rusiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB