Lukaşenkonu söymək olmaz!

Belarus məhkəməsi Latviya vətəndaşı Dmitri Mixaylovu ölkənin avtoritar lideri Aleksandr Lukaşenkonu təhqir etdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bədbəxt Mixaylov üçün o qədər iş açılıb ki, özünüz baxın: deməli Mixaylov hakimiyyəti təhqir edib, nifrət salıb və Belarusa qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Belarus polisi Mixaylovun mobil telefonunda və sosial şəbəkələrdəki yazışmalarında bütün qanun pozuntularını aşkar edib.
Adam, az qala qibtə edtmək istəyir Mixaylov iyun ayında həbs edilib. Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalnina-Lukaşeviçanın həmin vaxt bildirdiyi kimi, Latviya konsulluğunun əməkdaşları öz vətəndaşlarına kömək etməyə çalışsalar da, buna vaxtları olmayıb: həbsdən az sonra o, qapalı psixiatriyaya köçürülüb.

Latviyanın diplomatik orqanları konsulun qəbuluna yalnız dekabrın 21-də keçirilən məhkəmə iclasında nail ola biliblər. Bundan əvvəl Latviya Belarusdan konsulun dekabrın 14-də Minskdə keçiriləcək açıq məhkəmə iclasında iştirakdan imtina etməsi ilə bağlı izahat tələb edib. Latviya Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb ki, Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasına əsasən, konsulluq əməkdaşı öz ölkəsinin vətəndaşları ilə, o cümlədən məhkəmədə sərbəst ünsiyyət qurmaq hüququna malikdir.

Bu arada Belarusdakı hüquqi vəziyyəti nəzərə alaraq, Latviya Xarici İşlər Nazirliyi mütəmadi olaraq vətəndaşları bu ölkəyə səfərlərdən çəkinməyə çağırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə