Kosovonun şimalındakı Zveçan Bələdiyyəsinə tabe olan Rudar bölgəsində qurulan barrikadanın götürülməsi ilə Şimali Mitrovitsa-Leposaviç magistral yolu nəqliyyatın hərəkəti üçün açılıb.
Ölkənin şimalındakı Rudardakı barrikadalar Kosovo ilə Serbiya arasındakı Jarinje sərhəd qapısına gedən ən mühüm yolu təşkil edir və gecə-gündüz serblər tərəfindən qorunurdu.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bundan əvvəl serblərin Kosovonun şimalında qurduqları barrikadaların əksəriyyəti götürülmüşdü.
Qeyd edək ki, Kosovonun şimalında keçmiş serb polisi Deyan Pantiçin saxlanılmasına reaksiya göstərilmişdi və bu səbəbdən bölgədə barikadalar qurulmuşdu.
Həbs qərarı ev dustaqlığına çevrildikdən sonra çərşənbə günü Serbiya prezidenti Aleksandr Vuçiçin çağırışından sonra Kosovonun şimalında barrikadaların götürülməsinə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB