Monteneqro Prezidenti Türkiyəyə səfər edəcək

Monteneqro Prezidenti Türkiyəyə səfər edəcək

Monteneqro prezidenti Milo Dukanoviç prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən, İstanbulda keçiriləcək görüşdə Türkiyə ilə Monteneqro arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüş zamanı həmçinin Balkanlar məsələsi başda olmaqla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə