İsrailin yeni baş naziri Benyamin Netanyahu dekabrın 29-da Nazirlər Kabinetinin ilk iclasını keçirib. SİA-nın məlumatına görə, bu barədə İsrail hökumət ofisinin məlumatında deyilir.
“37-ci hökumətin Nazirlər Kabinetinin ilk iclasını açmağımdan mütəəssir oldum. Bu, həqiqətən bayram günüdür. Knessetdən (İsrail parlamenti) bura gələrkən bir çox vətəndaşla görüşə bildim” – deyə netanyahu qeyd edib.
Netanyahu nazirlərin qarşısında dörd məqsəd qoyub: İranı blokadaya almaq, daxildə təhlükəsizlik və idarəetməni bərpa etmək, artan yaşayış və mənzil problemi ilə məşğul olmaq və ərəb ölkələri ilə sülh dairəsini kəskin şəkildə genişləndirmək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB