Ukraynada keçirilən xüsusi əməliyyat müddətində yeni bölgələrə göndərilən döyüşçülər və məmurların gəlir və xərclərini bəyan etməsinə ehtiyac yoxdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sənədin mətninə görə, fərman “Xüsusi hərbi əməliyyatın fəaliyyət göstərdiyi dövrdə və Rusiya Federasiyasının müvafiq normativ hüquqi aktlarının dərc edildiyi günədək” qüvvədədir.
Fərmanda həmçinin yeni bölgələrə göndərilən döyüşçülərin və vəzifəli şəxslərin gəlir və xərcləri haqqında bəyannamələrinin internetdə və KİV-də dərc edilməsi qadağan edilir.
Qeyd edək ki, bundan əvvəl Putin təxribatın yaradılması, maliyyələşdirilməsi və təbliğinə görə ömürlük həbs cəzası haqqında qanun imzalayıb.
Sənəd dekabrın 29-da qüvvəyə minib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB