Türkiyə ruslara yaşamaq icazəsinin verilməsini dayandırıb

Türkiyə ruslara yaşamaq icazəsinin verilməsini dayandırıb

Qeyd edək ki, bir müddət bundan əvvəl Türkiyəyə turizm məqsədi ilə gələn və yaşayış icazəsi almaq istəyən rusların müraciətlərinə rədd cavabları verilməyə başlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vpost” nəşri hadisə şahidlərinin ifadələrinə əsaslanaraq məlumat yayıb.

Nəşrin mənbələrinə görə, kirayə müqaviləsi əsasında Türkiyədə ilkin “yaşayış icazəsi” almaq niyyətində olan rusiyalılara rədd cavabı verilməyə başlayıb. İmtina edilən ərizəçilərdən 10 gün ərzində Türkiyəni tərk etmələri xahiş olunur.

Qanuna görə, ruslar Türkiyədə 60 gün vizasız qala bilərlər. 60 gündən sonra ölkəni tərk edənlər 6 ay ərzində geri dönərsə, Türkiyədə daha 30 gün sənədsiz qala bilərlər.

Qeyd edək ki, bundan əvvəl Türkiyəyə yenicə gəlmiş digər MDB ölkələrinin, xüsusən də Özbəkistan vətəndaşları icarə müqaviləsi əsasında yaşamaq icazəsi ala bilmədiklərindən şikayət etmişdilər.

Bu arada yerli nəşrlərin yazdığına görə, Türkiyəyə gedən ukraynalılara vətənlərində müharibə bitənə qədər müvəqqəti yaşamaq icazəsi verilməkdə davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə