Genişmiqyaslı müharibə başlayandan bəri ruslar istifadə etdikləri sursatların sayını üç dəfə azaldıblar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə informasiya telemarafonunun efirində hərbi ekspert Petr Çernik bildirib.
Onun dediyinə görə, bu günkü müharibə hələ də 95 faiz artilleriya müharibəsidir.
Ekspert, Rusiya Federasiyasında “mərmi aclığı”nın müşahidə edildiyini söyləsə də, amma bunu hələ ki, kritik kimi dəyərləndirmir.
Çernikin ehtimalına görə, bu müharibənin əvvəlində rusların əlində müxtəlif çaplı 15-20 milyon mərmi olub. Bununla yanaşı, Çernik ilin əvvəlində ehtiyatda cəmi 2,5 milyon mərmi olan ABŞ-ı misal çəkib.
Ekspert əlavə edib ki, ruslar artıq mərmilərinin çoxundan istifadə ediblər, ya da Ukrayna əsgərləri onların ehtiyatlarını məhv ediblər. "Onlar ayda 125.000-ə qədər mərmi istehsal edə bilərlər. Klassik yay artilleriya atəşi gündə 60.000-80.000 mərmi təşkil edir. Deməli, bu, iki günlük sürətdir", - deyə Çernik bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB