Odessanın kommunal xidməti “Odessanın qurucuları” kimi təqdim edilən Rusiya İmperatoru II Yekaterinanın abidəsini sökməyə başlayıb.
Odessa nəşrlərinin məlumatına görə, sökülmə çərşənbə günü səhər tezdən abidənin ətrafındakı taxta hasarın sökülməsi ilə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, artıq abidənin ucaldıldığı ərazi bloklanıb. Abidənin birbaşa nə vaxt söküləcəyi hələ də bəlli deyil.
Qeyd edək ki, II Yekaterina və onun tərəfdaşları - de Ribas, de Volan, Potemkin və Zubovun abidəsi Odessadakı Yekaterina meydanında yerləşir.
Heykəli 1900-cü ildə odessalı heykəltəraş Yuri Dmitrenkonun layihəsinə əsasən yapıblar.
Xatırladaq ki, 1920-ci ildə bolşeviklər abidəni sökmüşdülər, amma 2007-ci ildə müstəqil Ukrayna dövründə yenidən bərpa etdilər.
Qeyd edək ki, abidə çoxlu mübahisələrə səbəb olub, Odessa sakinlərinin bir hissəsi abidənin qoyulmasını, digərləri isə Rusiyanın imperiya siyasətini tərənnüm etdiyini iddia edərək, abidənin sökülməsini tələb ediblər.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl isə şəhər rəsmiləri məsələni müzakirə etməkdən imtina ediblər.
Maraqlıdır ki, bir müddət bundan əvvəl Odessanın əsasını II Yekaterinanın qoyduğunu deyən Putin, buna görə də “hətta ifrat millətçilərin belə şəhərin banisinin abidəsini sökməyə cəsarət etmədiklərini” demişdi.
Qeyd edək ki, bundan əvvəl şəhərdə bu məsələ ilə bağlı səsvermə keçirilib. Odessa meri Gennadi Truxanovun sözlərinə görə, səs verən odessalıların əksəriyyəti abidənin sökülməsi ideyasını dəstəkləyib.
Məhz bundan sonra digər “Odessanın qurucu” Aleksandr Suvorovun abidəsini söküblər.
Deyilənə görə, söküldükdən sonra heykəltəraşlıq kompozisiyası muzeyə təhvil veriləcək. Mütəxəssislər hesab edirlər ki, II Yekaterinanın fiquru orijinal olmadığı üçün heç bir tarixi dəyəri də yoxdur.
Xatırladaq ki, 1990-cı ildə çəkilmiş favoritlərin fiqurları Odessa şəhər muzeyində sərgilənəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB