Ukraynada Rusiya Federasiyasının yeni ciddi itkiləri var - Zaporojye vilayətində bu yaxınlarda bölgədə düşmənin zenit-raket kompleksi məhv edilib və 150-dən çox rus işğalçısı yaralanıb.
Hazırda isə məhv edilən rusların sayı dəqiqləşdirilir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook”dakı xülasəsində deyilir.
Qeyd edək ki, ötən günlərdə Zaporojye vilayətində bir S-300 zenit-raket kompleksinin, 8 ədəd müxtəlif növ hərbi texnikanın və bir sursat anbarının məhv edilməsi təsdiqlənib. 150-dən çox hərbçinin yaralandığı da deyilir.
Yeri gəlmişkən, dekabrın 28-i axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların Avdeyevski və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirdiyini bildirib.
Ukrayna ordusunun işğalçılara fəal müqavimət göstərdiyi, yayın sonunda bəri əks-hücum əməliyyatları nəticəində artıq Ukraynanın 1800-dən çox yaşayış məntəqəsini azad edildiyi deyilir.
Ukrayna tərəfi bu günə qədər Rusiyanın 103 min 770 əsgərini, 3017 isə tankını məhv etdiyini bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB