Ruslar humanist millətdir, onlar mülki şəxslərə heç vaxt hücum etmirlər?
Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri təxminən 7 min ukraynalı mülki şəxs həlak olub. Yaralıların sayı 11 minə yaxınlaşır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatında deyilir.
Dekabrda isə monitorinqlər 165 mülki şəxsin ölümünü qeydə alıb. 500-dən çox ukraynalı yaralanıb.
Maraqlıdır ki, BMT real ölənlərin sayının daha çox ola biləcəyini də istisna etmir, çünki aktiv hərbi əməliyyatlar zonasından məlumat gecikmə ilə gəlir. Bu, daha çox Mariupol, İzyum, Lisiçansk, Popasnaya, Severodonetsk kimi şəhərlərə aiddir.
Hesabatda qeyd edilir ki, qeydə alınan ölüm hallarının əksəriyyəti geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.
Rusiya hakimiyyəti isə “and içib özünü öldürür” ki, ruslar çox humanist millətdirlər, onlar mülki şəxslərə heç vaxt hücum etmirlər. Onlar ancaq Ukraynanın hərbi məqsədlər üçün istifadə edə biləcəyi obyektlərə zərbələr endirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB