Səkkiz səfərbər edilmiş rusiyalı hərbçi Ukraynadakı döyüş bölgəsindən qaçaraq silah və kamuflyajla birgə Rusiyanın Moskva vilayətinin Podolsk şəhərinə gedərək və orada təslim olublar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, onlar hərbi prokurorluğa təhvil veriliblər.
Beləliklə, verilən məlumata görə, dekabrın 26-da axşam saatlarında 20-44 yaşlarında olan 8 səfərbər edilmiş rusiyalı hərbçi Podolsk polis şöbəsinə avtomat və pulemyotlarla gələrək silahlarını təhvil vermək istədiklərini bildiriblər. Sonradan məlum oldu ki, şöbəyə gələnlərin demək olar ki, hamısı polis işçiləridirlər. Kalininqrad vilayətində səfərbər olunublar və təlimdən sonra Luqanskın altına göndəriliblər və oradan qaçıblar(?).
Yeri gəlmişkən, Ukrayna saytlarının yazdığına inansaq, hazırda Luqansk vilayətində rusların işi elə də yaxşı getmir. Belə ki, Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində artıq 12 yaşayış məntəqəsini ruslardan azad edib.
Qeyd edək ki, dekabrın 19-da Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday, Rusiya işğalçı bölmələri daxilində yaxşı əlaqələndirilmiş iş olmadığını bildirmişdi. Onun sözlərinə görə, ərazidəki ruslar cəbhə xəttindən qaçan öz fərarilərini yaxalamaq üçün barmaqlıqlar qurmağa məcbur olublar.
Belə görünür ki, barmaqlıqlar da işə yaramır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB