Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih ölkəsi ilə Yaponiya arasında qarşılıqlı sərmayələri artırmaq üçün 15 müqavilə imzalandığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Yaponiya İnvestisiya Forumu zamanı jurnalistlərə açıqlama verib.
Səudiyyə Ərəbistanının naziri ölkəsi ilə Yaponiya arasında qarşılıqlı sərmayələrin artırılmasını və davam etdirilməsini təmin edəcək 15 müqavilənin imzalandığını bildirib. Sövdələşmələr süni intellektdən tutmuş enerjiyə qədər hər şeyi əhatə edir. Bu razılaşmaların Səudiyyə Ərəbistanının Yaponiya hökumətinin strateji istiqamətləri ilə uyğun gələn 2030 Vizyon gözləntilərini reallaşdıracağını ifadə edən Falih, “Yaponiya dost və lider ölkə olduğu üçün Yaponiya ilə əməkdaşlığımız 60 ildən çoxdur davam edir” dedi.
Tərəflər arasında imzalanan müqavilələr “süni intellekt, idman, maliyyə, bank xidmətləri, polyesterin təkrar emalı, kənd təsərrüfatı, qida, sənaye, istehsal, ticarət, enerji, rəqəmsallaşma, ağıllı şəhərlər və fərdiləşdirmə” sahələrini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB