O, Ukrayna vətəndaşı olmaq istəməyən ərizələrin verilməsi qaydasını təsdiqləyib
Putin fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin Zaporojye, Xerson vilayətləri, DXR və LPR sakinləri üçün vətəndaşlıq almaq üçün ərizələrin verilməsi qaydasını təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.

Beləliklə, fərmana əsasən, Rusiya vətəndaşlığının alınması, habelə 14 yaşına çatmamış uşağın Rusiya Federasiyasının vətəndaşı kimi tanınması üçün ərizələrin verilməsi qaydası təsdiq edilib.

Həmçinin, “Ukrayna vətəndaşı olmaq istəməmək” üçün ərizələrin verilməsi və qeydə alınması qaydası təsdiq edilib.

Bundan əvvəl Dövlət Dumasına Rusiya Daxili İşlər Nazirliyinə müvafiq ərizə verildiyi gündən Ukrayna vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Qanun layihəsi Dumanın elektron məlumat bazasında dərc edilib.

İzahedici qeyddən belə çıxır ki, Rusiya Federasiyasına yeni ərazilər qəbul edildikdən sonra Ukrayna vətəndaşlığı olan rusların sayı artıb.

Bununla yanaşı, özlərindən asılı olmayan səbəblərə görə bu vətəndaşlar Ukrayna vətəndaşlığından imtina edə bilməzlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə