ABŞ və Qərbi Tayvanla bağlı qorxudan nədir?

Tayvan, Çinin adanın hava hücumundan müdafiə zonasına ən böyük müdaxiləsini elan edib
ABŞ və Qərbi Tayvanla bağlı qorxudan nədir?

Artıq xəbər verildiyi kimi, Çin qoşunları Tayvanın hava hücumundan müdafiə sisteminin tanınma zonasına onlarla təyyarə və bir qrup gəmi göndərib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, rəsmi mənbələrdən xəbər verilir ki, 71 təyyarə və yeddi gəmi Tayvan sərhədlərinə yaxınlaşıb - bu, bütün müşahidələr tarixində Çin avadanlığının ən böyük sayıdır. Yeri gəlmişkən, Tayvan silahlı qüvvələri aviasiya və donanmanı raket qoşunlarını həyəcan vəziyyətinə gətirilməklə bağlı xəbərdar edib.

Xatırladaq ki, ötən gün, dekabrın 25-də Çin ordusu Tayvan ərazisində təlimlər keçirdi ki, bu da Pekinə görə, Tayvan-Amerika təxribatlarına cavab kimi qəbul edilməlidir.

Qeyd edək ki, bu günlərdə 858 milyard dollarlıq Amerikanın

müdafiə büdcəsini təsdiqləyən prezident Cozef Bayden, bunun 10 milyard dollarını Tayvana hərbi yardım kimi yönəldəcəyini gizlətməmişdi.

Bu gün Tayvanı özünün üsyankar əyaləti hesab edən Pekin, adanın Çinə birləşməsi üçün istənilən varianta gedəcəyini də bildirir.

Maraqlıdır ki, bu gün ABŞ və digər Qərb ölkələri Çinin Tayvanı işğal etmək üçün Rusiyanın Ukraynaya hücum ssenarisindən istifadə edə biləcəyindən ehtiyatlanırlar. Çin rəsmiləri isə bunu rədd edirlər.

Çin Vaşinqtonu ada ilə birbaşa əlaqə saxladığına və Vahid Çin prinsipinə əməl etmədiyinə görə tənqid edir. İki ölkə arasında münasibətlərin kəskinləşməsi avqust ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra baş verib. ABŞ Tayvanın müstəqilliyini tanımır, lakin qanuna görə, guya adaya hərbi yardım göstərə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə