Bu gün Fransanın paytaxtı Paris şəhərində silahlı şəxs insanlara hücum edib. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb. SİA xəbər verir ki, "Anadolu" agentliyi hadisənin baş verdiyi bölgədə PKK terror təşkilatının tərəfdarlarından ibarət qrupun polisə hücum etdiyini bildirib.
Qeyd olunub ki, terrorçular küçədəki avtomobillərə və mağazalara ziyan vurub. Qruplaşma Parisdə kürdlərə qarşı qəsdən təşkil edildiyini iddia edib.
Qarşıdurma zamanı polis hücum edən şəxslərə gözyaşardıcı qazla cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB