Ukrayna Silahlı Qüvvələri “Patriot”u öyrənir

Ukrayna Silahlı Qüvvələri “Patriot”u öyrənir

Ukrayna Silahlı Qüvvələri “Patriot” hava hücumundan müdafiə sistemi ilə işləməyi öyrənəcək hərbçilərin siyahısını təsdiqləyib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat ümummilli telemarafonun efirində bildirib ki, təlim NATO ölkələrindən birində keçiriləcək.

Onun sözlırinə görə, bir neçə həftədən sonra bu sistemləri məharətlə idarə etməyi öyrənəcək mütəxəssislərin siyahısı təsdiqlənəcək.

Onun sözlərinə görə, “Patriot” hava hücumundan müdafiə sistemlərinin idarə edilməsi üzrə təlimlər bir az daha uzun çəkə bilər. Yuri İqnat bunu “Patriot”un “İris-T” və “NASAMS”dan fərqli bir texnika olması ilə əlaqələndirib.

Qeyd edək ki, dekabrın 21-də ABŞ-da səfərdə olan Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Cozef Baydenlə görüşdən sonra “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verildiyini təsdiqləyib.

Beləliklə, Ukrayna hərbçiləri üçüncü ölkələrdə hava hücumundan müdafiə sistemləri ilə işləmək üçün təlim keçəcəklər. Qeyd etdiyimiz kimi, İqnat bunun bir neçə ay çəkəcəyini bildirib.

Bu arada ABŞ Müdafiə Nazirliyi isə Ukrayna hərbçilərini tezliklə “Patriot” raket sistemləri ilə işləməyə başlayacaqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə