Hindistanın baş naziri Narendra Modi Hindistan xalqını yeni epidemiya dalğasına qarşı xəbərdar edib və tədbirləri sərtləşdirməyə və yenidən maskalar taxmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Narendra Modi dünən keçirdiyi iclasında Covid-19-a qarşı görüləcək tədbirləri qiymətləndirib.
Baş nazir Narendra Modi ölkədə koronavirus testlərin sayının artırılmasını tələb edib və ictimaiyyəti yeni epidemiya dalğalarına qarşı lazımi tədbirlər görməyə çağırıb.
Ştatların xəstəxana infrastrukturunun yeni növ koronavirusa yoluxanların sayının mümkün artmasına hazır olmasının vacibliyini vurğulayan Narendra Modi xəstəxanaların kifayət qədər oksigen balonları və respiratorlarla təmin edilməsi ilə əlaqədar göstəriş verib.
Hindistan 2020 və 2022-ci illərdə iki ölümcül Covid-19 dalğası yaşadı, 2021-ci ilin yayında oksigen, ventilyator və kritik dərman çatışmazlığı səbəbindən ölkədə minlərlə insanın öldüyü bildirilir.
Hindistan hökuməti ikinci dalğanı düzgün idarə edə bilmədiyi üçün ciddi şəkildə tənqid edilmişdi.
Rəsmi məlumatlara əsasən, hazırda ölkədə 3400 nəfər yeni növ koronavirus epidemiyasından əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB