Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerika Birləşmiş Ştatlarının (ABŞ) təxribatçı və müstəmləkəçi siyasət yürütdüyünü bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dmitri Peskov Rusiyanın paytaxtı Moskvada jurnalistlərə açıqlama verib.
Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planı hazırlaması ilə bağlı iddiaları qiymətləndirən Dmitri Peskov bu məsələdən xəbərsiz olduqlarını bildirib.
Dmitri Peskov deyib: "Biz Volodimir Zelenskinin müxtəlif addımlar və sülh planı ilə bağlı açıqlamalarını eşitmişik. Lakin bunlar bu gün ortaya çıxan və diqqətdən kənarda qalmayan faktlar nəzərə alınmadan deyilib".
Dmitri Peskov bildirib ki, Rusiya fevralın 24-dən bəri davam edən müharibədə Ukraynanın tərksilahı ilə bağlı hədəflərində əhəmiyyətli irəliləyiş əldə edib.
ABŞ-ın Ukraynadan öz maraqları üçün istifadə etdiyinə diqqət çəkən Dmitri Peskov deyib: “ABŞ Prezidenti Co Bayden administrasiyası yeni geosiyasi reallığı görməzlikdən gəlir, nəyin bahasına olursa olsun zəifləmiş hegemonluğunu qorumağa çalışır''.
Dmitri Peskov vurğulayıb ki, Amerika Birləşmiş Ştatları təxribatçı və müstəmləkəçi siyasət yürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB