Avstriyada qaçqınlar aclıq aksiyasına başlayıb

Avstriyada qaçqınlar aclıq aksiyasına başlayıb

Avstriyanın Sloveniya ilə sərhədindəki Ştiriya əyalətində müvəqqəti çadır qəsəbəsində qalan 30-a yaxın qaçqın daimi mərkəzlərə keçid müddətinin uzadılması səbəbindən aclıq aksiyasına başlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Aksiyaçılar, qaçqınların müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış mərkəzlərinə keçid dövrünün uzun olduğun və Milad bayramının yaxınlaşması ilə prosesin daha da uzadılacağını qeyd edərək vəziyyətin həllini tələb edirlər.

Aclıq aksiyasının müddəti qeyri-müəyyən olsa da, qaçqınları daimi yaşayış məntəqələrinə daşıyacaq qurum hələlik növbəti köçürmənin nə vaxt ediləcəyi ilə bağlı məlumat paylaşa bilməyəcəklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə