“Avropa Parlamentini ləğv etməyin vaxtı çatıb”

“Avropa Parlamentini ləğv etməyin vaxtı çatıb”

Macarıstanın baş naziri Viktor Orban korrupsiya qalmaqalına görə Avropa Parlamentinin buraxılmalı olduğunu deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə öz “Twitter” səhifəsində məlumat verib.

Macarıstanın baş naziri bu hadisəni qalmaqalı göstərici adlandırıb və Avropa Parlamentinin antikorrupsiya zəmanətləri uğursuzluqla nəticələndiyini bildirib.

Onun dediyinə görə, “əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini ləğv etməyin vaxtı çatıb”.

Qeyd edək ki, macarıstanlı baş nazir bunun həll yolu kimi o, “milli deputatlardan” ibarət yeni Avropa Parlamentinin yaradılmasını təklif edib.

Onun fikrincə, bu şərt Avropa Parlamentinə daha çox nəzarət, hesabatlılıq və inamı təmin edir.

Macarıstanın baş naziri “nəzarəti üzv dövlətlərə qaytarmağı” təklif edib.

Xatırladaq ki, Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçisi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı korrupsiya faktı ilə bağlı ittiham olunaraq həbs ediliblər.

Onu da xatırladaq ki, Avropa Parlamentinin sədri Roberta Metsola, Avropa Parlamentinin Eva Kailinin həbsindən sonra daxili araşdırma aparacağına söz verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə