Avstriyada yeni qrip dalğası tüğyan edir

Avstriyada yeni qrip dalğası tüğyan edir

Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyinin (AGES) verdiyi açıqlamada, qrip və buna bənzər xəstəliklərin Avstriyada ölkə üzrə təsirli olduğu və gündəlik yoluxma sayının ölkə tarixində ən yüksək səviyyəyə çatdığı bildirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təxminən 9 milyon əhalisi olan ölkədə dekabrın 5-12-də hər 100 min nəfərdən 4 min 338 nəfəri qrip və oxşar respirator xəstəliklərə yoluxub və 394 min yeni yoluxma faktı qeydə alınıb.

Ölkədə qrip dalğasının ən təsirli olduğu şəhərin paytaxt Vyana olduğu, təxminlərə görə yoluxma sayındakı artımın davam edəcəyi ifadə edilən məlumatda: “Uşaqlar arasında çox sürətlə yayılan xəstəlik səbəbindən xüsusilə xəstəxanaların uşaq poliklinikalarında sıxlıq artdığı üçün xəstələr müxtəlif şöbələrə cəlb olunur”.

Bütün xəbərlər Facebook səhifəmizdə