İngiltərədə 21 dekabr 1963-cü ildə "EOKA" terror təşkilatı yaraqlılarının təşəbbüsü ilə Kipr türklərinə qarşı törədilən və tarixə “Qanlı Milad” adı ilə keçən qətliamın 59-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Qanlı Milad” unudulmayıb, Londonda qətliamın qurbanları yad edilib. Londonda Kipr Rumları Ali Komissarlığının qarşısına toplaşan kiprli türklər, rumların Kiprdə həyata keçirdikləri qətliamın 59-cu il dönümündə hücumda şəhid olanların xatirəsini yad etmək üçün şamlar yandırıblar. Mərasimdə “Qanlı Milad”da həyatını itirənlərin fotoşəkilləri sərgilənib. Fotolara baxaraq dua edən şəhidlərin yaxınları mərasim zamanı duyğulu anlar yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB