Avropa İttifaqı gələn ilin əvvəlində Kosovonun üzvlük müraciətinə baxacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Agentlik mənbələrinin məlumatına görə, Kosovonun Avropa İttifaqına üzvlük müraciətinə İsveçin yanvarda Avropa İttifaqına sədrlik etməsindən sonra baxılacaq.
Qeyd olunur ki, müraciətə diqqətlə baxılacaq, çünki bir çox üzv ölkələr üçün bu, asan məsələ deyil.
Məsələ bundadır ki, Avropa İttifaqına üzv olan 27 ölkədən beşi hələ də Kosovonun müstəqilliyini tanımayıb. Bundan əvvəl özünü Kosovonun baş naziri adlandıran Albin Kurti Avropa İttifaqı Şurasına sədrlik edən Çexiyaya təşkilata daxil olmaq üçün ərizə təqdim edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB