İranda daha 3 azərbaycanlı həbs edildi

İranda daha 3 azərbaycanlı həbs edildi

İranda molla rejiminə qarşı aksiyalara görə həbs edilənlərin sayı günü-gündən artır. SİA "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, daha 3 nəfər azərbaycanlı həbs edilib. Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi Əmir Haşempuru 2 il, Ümid Haşempuru 6 ay, Şəmsəddin İsmayılzadəni isə 9 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, etirazlarda həbs olunan həmin üç nəfər hələ də Təbriz həbsxanasında saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə