Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına səfəri ilə bağlı məlumatı təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, “Rossiyskaya qazeta”ya məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Putinin Telegram kanalında xüsusi əməliyyat zonasına səfər etdiyini açıqlamışdı.
“Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli”, - Kreml sözçüsü deyib.
Qeyd edək ki, hələ noyabrda Peskov Rusiya prezidenti Vladimir Putinin “vaxtında” Donbasa səfər edəcəyini bildirsə də, hələlik konkret planları olmadığını demişdi.
Amma Peskov indi “əmindir”, Putinin nə vaxtsa Donbasa da gedəcəyini istisna etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB