Dünən vurulan düşmən helikopterlərinin Mi-8 hərbi-nəqliyyat helikopterləri olduğu üzə çıxıb.
"Dekabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunlarının bölmələri tərəfindən vurulan helikopterlərin növü müəyyən edilib. Bunlar Rusiya qüvvələrinin iki Mi-8 hərbi-nəqliyyat helikopteridir". Qeyd edim ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna zenitçiləri dekabrın 19-da saat 12.30 radələrində hər iki helikopteri Donetsk vilayətinə endiriblər.
Xatırladım ki, bunu Ukrayna saytları yazır.
Rus saytları isə ötən sutka ərzində DXR ərazisində üç Ukrayna təyyarəsini və iki hərbi helikopteri vurduqlarını deyirlər.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi ayrıca olaraq Rusiya Silahlı Qüvvələri tərəfindən bir gündə beş pilotsuz uçuş aparatının məhv edildiyini də bildiriblər.
SİA-nın ehtimalına görə, əgər bunu Koneşenkov deyirsə, deməli zaval yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB