Mustafa Şentop Skopyeyə səfərə gedib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop rəsmi danışıqlar aparmaq üzrə Şimali Makedoniyanın paytaxtı Skopyeyə səfərə gedib.
Mustafa Şentop Skopyeyə səfərə gedib

M.Şentopu və onu müşayiət edən heyəti Ankara Esenboğa Hava Limanından Türkiyə Böyük Millət Məclisinin baş katibi Mehmet Ali Kumbuzoğlu, Ankara valisinin müavini Murat Soylu və digər rəsmilər yola salıblar. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

TBMM sədri Şentopu Zkopyeyə səfəri zamanı Ədalət və İnkişaf Partiyası (AK Partiya) Qrup sədr müavini və Çankırı Millət vəkili Muhammet Emin Akbaşoğlu, Türkiyə-Şimali Makedoniya Parlamentlərarası Dostluq Qrupunun Başçısı və AK Partiya Bursa Millət vəkili Əhməd Kılıç, Cümhuriyyət Xalq Partiyasının (CHP) Bursa Millət vəkili Yüksel Özkan, İYİ Partiya Ankara Millət vəkili İbrahim Xəlil Şifahi və Milliyyətçi Hərəkat Partiyası (MHP) Bursa Millət vəkili Mustafa Hidayət Vahapoğlu müşayiət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə