Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Egey dənizində NATO uçuşlarının qarşısını almağa çalışan yunan təyyarələrinə lazımi cavabı verib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, dünən Türkiyə Hərbi Hava Qüvvələrinə aid 14 ''F-16'', bir HİK, bir ''KC-135'' tankeri və CASA axtarış-xilasetmə təyyarəsinin NATO-ya məxsus E3-A AWACS təyyarəsi ilə planlı uçuş həyata keçirdiyi bildirilib.
Açıqlamada missiya ilə bağlı 24 saat əvvəl NATO-dakı müttəfiqlərə lazımi məlumatların verildiyi vurğulanıb.

"Yunanıstan təyyarələri bir daha NATO uçuşunun qarşısını almağa çalışdı, Hərbi Hava Qüvvələrimiz lazımi cavabı verdi'',-deyə açıqlamada qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə