İranın Sistan və Bəlucistan əyalətində silahlı şəxslər polis patruluna hücum edib, 3 nəfər yaralanıb.
SİA APA-ya istinadən xəbər verir ki, saat 19:30 radələrində Rask gözətçi bölməsinin əməkdaşları - İranşəhrdən Rask istiqamətində Cakiqor körpüsü yaxınlığında təhlükəsizliyi təmin edən polis patruluna silahlı şəxslər hücum edib. Hadisə nəticəsində üç nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB