KTMT ölkələrindən olan miqrantlara... müqavilə təklifi

Moskvada KTMT ölkələrindən olan miqrantları Ukrayna ilə müharibədə iştirak etmək üçün müqavilə bağlamağa təşviq edirlər
KTMT ölkələrindən olan miqrantlara... müqavilə təklifi

Moskvada miqrantları Ukrayna ilə müharibədə iştirak etmək üçün müqavilə bağlamağa təşviq edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sota” rus onlayn nəşri metronun “Vıxino” stansiyasında aldığı vərəqəni redaktorlarla paylaşan abunəçilərinə istinadən yazır.

Vərəqələri paylayan şəxslərin qəsdən miqrantları axtardığı, onların vətəndaşlığı ilə maraqlandığı bildirilir. Nəşrin dərc etdiyi vərəqədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin 18-40 yaş arası vətəndaşları Rusiya ordusuna çağırılıb. Namizədlər digər məsələlərlə yanaşı, ən azı 9-cu sinif təhsili olmalı və rus dilini mükəmməl bilməlidirlər.

Rusiya ordusunda xidmətin üstünlükləri “KTMT çərçivəsində Ukraynada nasistlərə qarşı birgə müqavimət”, “əvəzolunmaz hərbi təcrübə əldə etmək imkanı”, “Rusiya qəhrəmanı olmaq imkanı” adlanır. "Rusiyanın iki mehriban xalqının bağlarını canlandırın və xatırlayın", həmçinin "Böyük Rusiyanın və dost respublikaların xalqlarının dirçəlişində birbaşa iştirakını qəbul edin".

Xatırladaq k, bundan əvvəl Rusiyanın bir neçə tikinti şirkəti Tacikistandan olan miqrantlara Mariupolda bərpa işlərində pul qazanmağı təklif etmişdi. Daha sonra orada işləmək üçün gedən miqrantlar onlara vəd olunan maaşın ancaq yarısının ödənilməsindən şikayətləniblər.

Moskvanın cənubunda Daxili İşlər Nazirliyinin tərkibinə daxil olan Saxarova miqrasiya mərkəzi daha əvvəl ictimai nəqliyyatda Rusiya ordusunda xidmət üçün tacik, özbək və qırğız dillərində elanlar yerləşdirib. Elanda əmək miqrantlarına sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının alınması vəd edilib.

Bundan əvvəl Tacikistan, Özbəkistan və Qırğızıstanın Rusiyadakı diplomatik nümayəndəlikləri öz həmvətənlərinə xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirakın cinayət olduğunu xatırladıblar.

Yeri gəlmişkən xatırladaq ki, KTMT Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistandan ibarətdir. “Sota” rus onlayn nəşrinin sözlərinə görə, təşkilatın Rusiyanın Ukrayna ilə başlatdığı müharibə ilə heç bir əlaqəsi yoxdur, amma...

...Aleksandr Lukaşenko Rusiya qoşunlarının keçidi və müvəqqəti yerləşdirilməsi üçün Belarus ərazisini təmin edib və onun ərazisindən Ukraynaya zərbələr endirilib. Bu səbəbdən Belarusa və Belarus hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə