SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident Ərdoğan İstanbulda keçirilən Qadın əməyi sammitində iştirak edib
Prezident Rəcəb Tayyib Ərdoğan tədbirdə etdiyi çıxışında qadın sahibkarlara və qadın kooperativlərinə dəstək paketini açıqlayaraq: “Qadınlara hər sahədə müsbət ayrı-seçkilik edərək, arzularına nail ola bilmələri üçün lazımlı dəstəyi təmin edirik. Ölkəmizdəki bütün demokratiya və inkişaf nailiyyətlərində olduğu kimi, son 20 ildə həyata keçirdiyimiz islahatların hamısında qadınlarımız öz töhfələrini veriblər.
Türkiyənin yeni əsrini qadınlarımızla formalaşdıracayıq. açıqladığım yeni dəstək paketinin uğurlar olması diləyir, işləyən, istehsal edən və yaxşı yaşamağa çalışan hər qadının yanında olacağımıza söz verirəm. Ailə institutunun sütunlarını təşkil edən qadınlarımız istehsalla yanaşı, siyasətdə də varlığını və fəallığını artırmalıdılar. Çünkü güclü ailə olmazdan güclü millət olmaz” –deyə prezident vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB