Malayziyanın baş naziri Ənvər İbrahimin hökuməti etimadsızlıq səsverməsində parlament üzvlərinin üçdə ikisinin dəstəyini qazanıb
Noyabrın 19-da ölkədə keçirilən ümumi seçkilərdən sonra bəzi partiyalarla ittifaq quran Ənvər İbrahimin formalaşdırdığı birlik hökuməti etimad səsverməsindən uğurla keçib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Ənvər İbrahim hökuməti 222 yerlik parlamentdə keçirilən səsvermədə 148 deputatın dəstəyini qazanaraq, 2008-ci ildən bəri heç bir liderin toplamaya nail ola bilmədiyi üçdə iki səs çoxluğunu əldə edib.
Baş nazir Ənvər İbrahim tərəfindən təklif edilən Johari Abdulu isə Malayziya parlamentinin bu gün keçirilən ilk iclasında məclis sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB