Zaxarovadan “xəbərdarlıq”: təhlükəli planlardan imtina edə bilərsiniz
Yunanıstan hakimiyyətinin Kritdə yerləşən “S-300” raket sistemlərini Ukrayna tərəfinə ötürmək planları təxribat xarakterlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib, onun şərhi XİN-in saytında dərc olunub.
“Biz Kiyev rejimini “S-300” və digər Rusiya/Sovet hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üzrə təxribat xarakterli planları açıq şəkildə Rusiyaya düşmən hesab edirik”, - Zaxarova deyib bunu.
O, Ukraynadakı bütün yunan silahlarının Rusiya Silahlı Qüvvələri tərəfindən məhv ediləcəyini də istisna etməyib.
Qeyd edək ki, Zaxarova yunanlara xəbərdarlıq da edib: “Çox gec olmadan təhlükəli planlardan imtina edə bilərsiniz. Bir daha Yunanıstan rəhbərliyinə məsuliyyətlə bağlı xəbərdarlıq edirik”
Bundan əvvəl Yunanıstanın milli müdafiə naziri Nikos Panaqiotopulos, əgər ABŞ rəsmiləri bunun müqabilində Yunanıstan tərəfinə “Patriot” raket əleyhinə müdafiə sistemləri göndərərsə, Afina Ukraynaya Kritdə yerləşən “S-300” raket komplekslərini göndərməyə hazır olduğunu bildirib. O əlavə edib ki, Yunanıstan Kiyevə təkcə “S-300” deyil, “Tor-M1” və “Osa-AKM” sistemlərini də göndərməyə hazırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB