Rusiyada ailələr sosial müavinət almaq üçün kütləvi şəkildə boşanma ərizəsi verirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Hesablama Palatasının departamentinin direktoru Olqa Samarina bildirib
Qeyd edək ki, bununla bağlı bu gün, dekabrın 19-da Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin iclasında da məlumat verilib.
Olqa Samarinanın dediyinə görə, Rusiyanın əyalətlərində boşanırlar, ikinci dəfə müraciət edirlər və bu ərizəni təsdiqləyirlər və müavinət təyin olunur.
Bundan əvvəl Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin Rusiya Federasiyasında 2023-cü ildən aztəminatlı ailələr üçün vahid sosial müavinətin təyin edilməsi prosedurunun təsdiq edildiyini açıqlayıb.
Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Golikova aztəminatlı ailələrin yanvarın 9-dan, distant formatda isə birdəfəlik müavinət almaq üçün daha əvvəl - dekabrın 28-dən müraciət etmək imkanı əldə edəcəklərini bildirib.
Müavinət adambaşına düşən orta gəliri bir regional yaşayış minimumundan aşağı olan ailələrə hərtərəfli vasitələrin qiymətləndirilməsi ilə ödəniləcək. Uşaqlara verilən müavinətin həcminə gəlincə, bu, əyalət üzrə uşaq yaşayış minimumunun 50, 75 və ya 100 faizini təşkil edəcək. Ailənin maddi durumu nəzərə alınacaq. Orta hesabla məbləğ 7, 10,5 və ya 14 min rubl olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB