Berlində İrandakı soydaşlarımıza dəstək aksiyası keçirilib

Berlində İrandakı soydaşlarımıza dəstək aksiyası keçirilib

"Almaniyadakı Azərbaycanlı İcması" təşkilatı tərəfindən Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında İrandakı azərbaycanlı soydaşlarımıza dəstək məqsədilə aksiya keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, aksiyaya Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor üzvləri, habelə cənubi azərbaycanlı siyasi fəallar qoşulublar. Aksiya iştirakçıları hazırda İranda baş verən hadisələr fonunda soydaşlarımızın fundamental hüquqlarının pozulmasına, fəal gənclərin İranın hüquq-mühafizə orqanları tərəfindən təqib edilmələri və qətlə yetirilmələrinə etirazlarını bildiriblər.

Bununla yanaşı, iştirakçılar hazırda Şuşada ekofəalların Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri aksiyaya dəstək nümayiş etdirib, Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə