Ukraynaya dəstək ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır?

Ukraynaya dəstək ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır?

ABŞ-ın hərbi ehtiyatlarının azalması və münaqişənin nüvə müharibəsinə qədər genişlənməsi riski fonunda Ukraynaya dəstək Amerika dövləti üçün milli təhlükəsizlik təhdidinə çevrilir.

SİA-nın əldə etdiyi məlumata görə, ruslar bunu “19FortyFive” nəşrində istefada olan polkovnik-leytenant Daniel Davis tərəfindən dedyildiyini bildiriblər.

Beləliklə, Daniel Davis yazır ki, Kiyevə dəstək hərbi ehtiyatların azalması və münaqişənin nüvə müharibəsinə çevrilməsi riski səbəbindən ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır.

Rusların yazdığına görə, keçmiş hərbçi qeyd edir ki, Kiyev rejimi Rusiya Silahlı Qüvvələrinin hücumunu öz üzərinə götürərək, ABŞ və digər Qərb ölkələrindən onlara kifayət qədər böyük miqdarda silah və sursat verməyi tələb edib.

Davisin fikrincə, Ukrayna hakimiyyəti bu cür tələblərlə Vaşinqtonu “utanc verici vəziyyətə salıb”, çünki ABŞ Kiyevin tələblərinin miqyasını öz dövlət maraqları və milli təhlükəsizliyini təmin etməklə mütənasibləşdirməyə ehtiyac duyur.

“Kiyevin maraqları, dövlətləri üçün nə qədər vacib olsa da, Amerikanın maraqları ilə üst-üstə düşmür. ABŞ Ukraynaya özünü müdafiə etməkdə kömək edə bilər, lakin Kiyevin tədarükü bizim milli təhlükəsizliyimizi təhlükə altına qoyarkən sürətini azaltmalıdır”, - keçmiş polkovnik-leytenant yazır.

...“Əgər Ukraynaya hərbi dəstək Putinin nüvə silahına əl atacağı ilə bağlı yüksək risk yaradırsa, biz bu dəstəyi yenidən geri götürməliyik, çünki öz əhalimiz və müttəfiqlərimiz qalib-qazan müharibəsinə cəlb olunacaqlar”.

Rusların yazdığına görə, bunu da Daniel Davis bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə