Ruslar müvəqqəti işğal etdikləri Melitopolda küçə döyüşlərinə hazırlaşırlar. Verilən məlumata görə, artıq ikinci gündür ki, ruslar işğal olunmuş Melitopolun tam mərkəzində beton konuslar yerləşdirirlər
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhərin meri İvan Fedorov Telegram-da bildirib.
Merin dediyinə görə, son bir həftə ərzində işğalçılar qorxunu o qədər hiss ediblər ki, onlar artıq küçə döyüşlərinə hazırlaşırlar.
Rusların ən yaxşı adət-ənənələrində “əjdaha dişləri” mülki şəxslərə daha yaxın – mərkəzi küçələrin və yaşayış massivlərinin ortasına qoyulur, - deyə rəsmi bildirib.
Onun sözlərinə görə, Ukraynanın işğaldan azad edilmiş digər şəhərlərinin təcrübəsi düşmənlərə onlara beton sədlərdən qurduqlarının onlara kömək olmayacağını, əksinə qoyub qaçarkən onlara mane olacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB