"İndi Rusiya ilə NATO arasında istənilən dialoq istisna edilir"

"İndi Rusiya ilə NATO arasında istənilən dialoq istisna edilir"

Hazırda Rusiya ilə NATO arasında dialoq istisnadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS dekabrın 17-də Moskvadakı öz mənbəsinə istinadən yazır.

Mövcud reallıqlarda Moskva ilə Şimali Atlantika Alyansı arasında dialoq mümkün deyil.

“Ümumiyyətlə, baş verənlərin fonunda NATO ilə təşkilat olaraq hər hansı dialoq indi istisnadır”.

...Hətta universal beynəlxalq platformalarda belə NATO nümayəndələri ilə hər hansı əlaqə mümkün deyil.

Eyni zamanda Rusiya təşkilatın nümayəndələri meydana çıxanda “onların orada olmamasını tələb edəcək”.

İstisna yalnız ixtisaslaşmış formatlar üçün mümkündür, məsələn, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu kimi.

Rusiya ilə NATO arasında danışıqların vəziyyəti ilə bağlı digər təfərrüatlar hələlik verilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə