Hindistanda 70-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb
Hindistanın şərqindəki Bihar əyalətinin Çhapra şəhərində 71 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “India TV” “News” telekanalına istinadən xəbər verib.
Faciə nəticəsində onlarla insan yaralanıb, bir çoxunun görmə qabiliyyətini itirib. Onların əksəriyyəti Doyla kəndində yaşayırlar.
Polis bütün ştatda reydlər keçirib və 126 qanunsuz saxta içki satan şəxsi həbs edib. 4000 litrdən artıq saxta spirtli içki isə müsadirə edilib.
Bildirilir ki, Bihar 2016-cı ilin aprelində rəsmi olaraq quru əyalət elan edilib. Dövlət burada spirtli içkilərin istehsalına, satışına və istehlakına tam qadağa qoyub. Məhz elə bunun fonunda rayonda saxta alkoqollu içkilərin istehsalı və qanunsuz olaraq sakinlərə satılması halları artıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB