Türkiyə ilk səsdən sürətli raketi sınaqdan keçirdi - VİDEO

Türkiyə ilk səsdən sürətli raketi sınaqdan keçirdi - VİDEO

Türkiyənin “Bayraktar Akıncı” pilotsuz təyyarəsi cümə günü ölkənin ilk səsdən sürətli hava-yer raketini uğurla buraxıb. SİA xəbər verir ki, bu barədə PUA istehsal edən “Baykar”ın rəhbəri Səlcuq Bayraktar tviter hesabında məlumat verib.

““Roketsan” şirkətinin istehsalı olan Türkiyənin ilk səsdən sürətli raketi “TRG-230-İHA” 100 km məsafədəki hədəfi uğurla vurub”, - məlumatda deyilir.

Şirkət qeyd edir ki, raketin uçuş məsafəsi 20 ilə 150 ​​km arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə