Bu arada ukraynalı hərbi ekspert Dmitri Snegirev, Luqansk vilayətindəki vəziyyətin təmkinli nikbinliyə əsas verdiyini bildirib. Onun dediyinə görə, yaxın vaxtlarda oradan müsbət xəbərlər eşidə bilərik.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, onun “Apostrof TV” nin efirində qeyd etdiyi kimi, çətin hava şəraitinə baxmayaraq, ukraynalı müdafiəçilərin irəliləmə dinamikasını qorunub saxlanılır.
Maraqlıdır ki, ukraynalı ekspertlərin dediyinə görə, bunu artıq ruslar da etiraf edirlər. Məsələ bundadır ki, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə zərbələr endirirlər. Yəni Ukrayna Silahlı Qüvvələri çalışır.
Snegirevin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumunun mümkünlüyü üçün prioritet istiqamətlərdən biri Svatovskoyedir. Svatovonun azad edilməsi Luqansk vilayəti ərazisində cəmləşmiş rus qruplaşmasını parçalamağa imkan verəcək.
“Yəni, Ukrayna Silahlı Qüvvələrinin Kremennaya bölgəsində eyni vaxtda irəliləməsi ilə Severodonetsk - Lisıçansk - Rubijnoye şəhərlərinin aqlomerasiyasında cəmləşmiş Rusiya qruplaşması faktiki olaraq əməliyyat mühitindədir”- deyə ekspert bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB